Gəncədə evdə yanğın: ana və iki övladı yandı
Ötən gecə Gəncədə yanğın hadisəsi qeydə alınıb. APA TV-nin qərb bürosunun məlumatına görə, yanğın Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər.
Yanğın zamanı xəsarət alan 3 nəfər - 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?