"Jiquli" ilə "ZİL" toqquşdu, ağır yaralı var
Şirvan şəhərində ağır yol qəzası baş verib. Şəhər polis şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin 1 may küçəsində qeydə alınıb. Şirvan sakini 32 yaşlı Xəqani Qocayevin idarə etdiyi "VAZ 21074" markalı avtomobil hərəkətdə olarkən Şirvan sakini 56 yaşlı Nazim Qasımovun idarə etdiyi “ZİL 130” markalı sudaşıyan avtomobilə çırpılıb. Hadisəyə səbəb yük avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və minik avtomobilinin sürət həddinin aşdığı göstərilir. Qəza nəticəsində "VAZ 21074" markalı avtomobilin sürücüsü Xəqani Qocayev açıq kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğundan Bakı şəhəri neyrocərrahiyyə mərkəzinə aparılması gözlənilir.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?