Yaponiyada istidən 8 nəfər ölüb
Yaponiya son illərin ən isti yayını yaşayır. İyul ayında şimal-şərq rayonu Tohokudan başlamış ən cənub Kyuşu adası da daxil olmaqla 250-dən artıq meteostansiyada termometrlər temperatur müsbət 35 dərəcədən yuxarı olduğunu göstərib. Təkcə ötən həftə 15 nəfər istidən ölüb. 8 mindən çox insan günvurmadan xəstəxanalara yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 85 nəfərinin vəziyyəti ağır olaraq qalır.
Sinoptiklər isti havaların hələ iki həftə davam edəcəyini bəyan ediblər. Yerli qurumlar istidən və günvurmadan qorunmaq barədə xəbərdarlıq ediblər. Mütəxəssislər qızmar günəş altında qalmamağı, kondisionerlərdən istifadə etməyi məsləhət görürülər.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?