Şirvanda Hemofiliyalı xəstələr üçün regional diaqnostik mərkəz açılıb
Şirvanda Hemofiliyalı xəstələr üçün regional diaqnostik mərkəz açılıb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu gün Şirvan şəhər Mərkəzi Xəstəxananın nəzdində nemofiliyalı xəstələr üçün regional diaqnostik mərkəzin açılışı olub. "2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı" çərçivəsində nəzərdə tutulan proqramın bir hissəsi olan Hemofiliyalı xəstələrə tibbi yardımın göstərilməsi üzrə rayonlararası kabinetlərin təşkil edilməsi xəstə vətəndaşların sağlamlığının qorunmasını nəzərdə tutur. “Hemofiliya Mərkəzlərinin potensialını təkmilləşdirmə, diaqnostika və pasientlərin maarifləndirmə yolu ilə qayğının desentralizasiyası” istiqamətində olan layihə Novo Nordisk Hemofiliya Fondunun, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilib. Layihənin həyata keçməsində Türkiyə Hemofiliya Dərnəyinin əməkdaşları və Prof. Dr. Bülent Zülfikarın dəstəyi olub. Layihə çərçivəsində tibb mütəxəssislərin hemofiliya sahəsində təkmilləşməsində mühazirələr oxunub.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?