Gəncədə zəncirvari qəza: 2 yaralı
Gəncədə zəncirvari qəza baş verib. Hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. APA TV-nin məlumaıtna görə, Tural İbadovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil “VAZ 2107” “Opel” və “BMW”ni vurub. Qəza nəticəsində Tural İbadov və sərnişini Ramin Məmmədov xəsarət alıblar. Yaralılar təcili yardım vasitəsi ilə Gəncə Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti kafidir.
Faktla bağlı Dövlət Yol Polisinin Gəncə Şəhər Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?