Leyla Yunus saxlanılıb
Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunus saxlanılıb.
Bu barədə APA-ya L. Yunusun həyat yoldaşı Arif Yunus məlumat verib.
O, L. Yunusun tədbirə gedərkən naməlum şəxslər tərəfindən saxlanıldığını deyib: “Saat 11:45-də tədbirə gedərkən yanında bir maşın dayandı. Onu arxa tərəfdə əyləşdirdilər. İki nəfər yanında bir nəfər isə sürücünün yanında oturdu, sürüb getdilər. Hazırda telefonuna zəng çatmır”.
A. Yunus hazırda hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların mənzilinə gələrək qapını döydüklərini də bildirib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?