Ukrayna ordusu daha bir məntəqəni azad etdi, çoxlu sayda ölən və yaralanan var
Gün ərzində Donetsk vilayətində gedən atışmalarda çoxlu sayda şəxs ölüb. Donetsk vilayət dövlət administrasiyası xəstəxanalara 31 yaralının, 19 meyitin gətirildiyini açıqlayıb. Əsas əməliyyatlar Şirokiy xutoru istiqamətində gedir. Şahidlər bu ərazidə aramsız top səslərinin gəldiyini bildirirlər. Yelenovka və Yasinavat istiqamətində də gərgin döyüşlərin getdiyi bildirilir. Qeyd edək ki, Ukrayna qoşunları separatçıların nəzarətində olan Avdeyevka yaşayış məntəqəsini bu səhər azad ediblər. Artıq İlovaysk yaşayış məntəqəsinin separatçılardan təmizlənməsi istiqamətində əməliyyata başlanılıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?