Elman Mehdiyev sığorta ödəyiciləri və pensiyaçıları qəbul edib
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Tovuzda 7 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları qəbul edib. APA TV-nin xəbərinə görə, qəbulda iştirak edən Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri əsasən, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər.
Görüşdə həmçinin, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.
“Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?