Leyla Yunus barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində həbs qətimkan tədbiri seçilib. Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi L. Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, L. Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunusa qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub.
Arif Yunus Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qarşısında jurnalistlərə bildirib ki, idarədə həkim nəzarətindən keçib. Səhhətində problem olduğu üçün onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Lakin Arif Yunus polisin nəzarətində olacaq.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?