Məşhur gecə klubunun qarşısında qətl: 18 yaşlı oğlan öldürüldü
Bakıda qətl törədilib. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə “Koral” gecə klubunun qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.
Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?