Avropa Liqası: "Neftçi" -"Çixura" – 0:0
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib. APA TV-nin məlumaıtna görə, mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” növbəti sınağına çıxıb.
“Ağ-qaralar”ın rəqibi Gürcüstanın “Çixura” klubu olub. Oyun 0:0 hesablı bərabərliklə başa çatıb.
Türkiyədəki hazırlıq prosesində bu komanda ilə 2 dəfə qarşılaşan “Neftçi” rəqibini məğlub edə bilməmişdi.
Belə ki, 2 il əvvəl Çempionlar Liqasında Gürcüstanın digər klubu “Zestafoni”ni 3:0 hesabı ilə məğlub edən bakılılar avrokuboklarda öz meydanında qalib gələ bilmir.
Qeyd edək ki, Avropa Liqasındakı digər Azərbaycan klublarından “Qəbələ” I, “İnter” II təsnifat mərhələsində mübarizəni dayandırıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?