Sərhədçilərimiz Balakən, Zaqatala və Qax sakinləri ilə görüşüblər
Zaqatalada Dövlət Sərhəd Xidməti-Sərhəd Qoşunlarının Zaqatala Sərhəd Dəstəsi Balakən, Zaqatala və Qax rayonlarının sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə görüş keçirib. APA TV-nin xəbərinə görə, görüşdə SQ-nın Zaqatala Sərhəd Dəstəsinin zabit heyəti, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, müvafiq təşkilat və müəssisə rəhbərləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, Balakən, Zaqatala və Qax rayonlarının 21 sərhədyanı yaşayış məntəqələrinin 200-dən yuxarı sakini və sərhədçi veteranlar iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rəsmi hissəyə qatılıblar. Tədbirdə çıxış edənlər vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişaf barəsində danışıblar. Daha sonra dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərən bir qrup sakin təltif edilib. Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən filmə baxış keçirilib.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?