Ağsuda üçəm dünyaya gəldi
Ağsu rayonunda üçəm dünyaya gəlib. APA TV-nin xəbərinə görə, Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində üç oğlan anadan olub. Rayon sakini Ülviyyə İbarahimova üçəmlərin gəlişinin hər kəsin sevincinə səbəb olduğunu deyib: "Körpələrdən birinin çəkisi 2,6 kq, ikincinin çəkisi 2,3 kq, sonuncunun çəkisi isə 2 kiloqram olub. Ailəmizin ilk övladlarıdır".
Ağsu RMX doğum şöbəsinin müdiri Xalidə Məmmədova deyib ki, ailə bir övlad gözlədiyi vaxtda üçəm dünayaya gəlib. 10 dəqiqə ara ilə normal doğuş keçirən ananın və övladların vəziyəti hazırda yaxşıdır.
Körpələr bütün tibbi müayinədən keçib və onlar ev şəraitində həftədə bir dəfə həkim tərəfindən yoxlanılaraq nəzarətdə saxlanılacaq.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?