Gəncə sakininin meyiti öz avtomobilinin yük yerindən çıxdı!
Gəncə şəhər sakininin meyiti Samuxda avtomobilin yük yerindən tapılıb. Samux rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Sərkar kəndi ərazisində baş verib. Gəncə şəhər sakini, 26 yaşlı Səyyad Bədəlov boğaz nahiyəsindən bıçaqlanaraq öldürülüb və onun meyiti özünə məxsus "VAZ 21015" markalı avtomobilinin yük yerinə qoyulub. Bu gün səhər kənd sakinləri hadisə barədə polisə məlumat veriblər. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?