Nişanına hazırlaşan şəhid Elçin Əhmədov Qaxda dəfn edilib
Ötən gecə cəbhənin Ağdam-Ağdarə istiqamətində atəşkəsin pozulması nəticəsində qəhrəmancasına şəhid olmuş Elçin Rasim oğlu Əhmədov doğulduğu Qax şəhərində dənf edilib. APA TV-nin məlumatına görə, 25 yaşlı şəhidin cənazəsi günün ikinci yarısında doğulduğu Qax şəhərinə gətirilib, axşam saatlarında Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin komandanlığı, döyüş yoldaşları o cümlədən rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib.Şəhid atası Rasim Əhmədov övladının vətən uğrunda canından keçdiyini bu günün onun üçün şərəf günü olduğunu söyləyib. Atası oğlunun hərbi xidmətdən qayıtdıqdan bir neçə ay sonra könüllü olaraq yenidən cəbhə bölgəsinə hərbi xidmətə qayıtdığını və övladıyla söhbətləri zamanı ömrünün sonuna qədər vətən uğrunda xidmət edəcəyini qeyd etmişdi.
Qeyd edək ki, şəhid olan Elçin Əhmədovun avqustun 15-də nişan mərasimi keçiriləcəkdi
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?