Müdafiə naziri cəbhə bölgəsinə gedib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir.
APA-nın bölgəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, nazir şəxsi heyətlə görüşəcək, cəbhədəki vəziyyətlə maraqlanacaq. Zakir Həsənov son günlər baş vermiş döyüşlərdə fərqlənən hərbçiləri təltif edəcək.
Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, son günlər Nazirliyin ünvanına keçmiş döyüşçülər, müharibə veteranları, o cümlədən, cəbhəyanı bölgələrdə yaşayan sakinlərdən torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Silahlı Qüvvələrimizin şəxsi heyətinə dəstək olduqlarını ifadə edən çoxsaylı müraciətlər daxil olur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti vətənpərvərlik çağırışları ilə zəngin bu müraciətlərin şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin və mənəvi-psixoloji hazırlığının artırılmasına müsbət təsir göstərdiyini bildirir və bu təşəbbüsü minnətdarlıqla qarşılayır.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib