Gecə Tovuz və Qazax istiqamətində güclü atışmalar olub
Erməni Silahlı Qüvvələrinin birləşmələri təxminən gecə yarısından başlayaraq 01.30-dək avtomat və pulemyotlardan istifadə edərək Tovuz rayonunun Əlibəyli kəndini intensiv atəşə tutublar. APA-TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, düşmənin bu istiqamətdə atdığı güllələr hətta qonşu Yuxarı Öysüzlü kəndinə də çatıb. Şiddətli atəş nəticəsində Əlibəyli kəndində bir neçə evlərin divarları və damları zədələnib.
Düşmən yuxarıda qeyd olunan vaxt intervalında həmçinin Qazax istiqamətində də atəşkəs rejimini pozub. Ermənistan ordusu Qazaxın Cəfərli, Bala Cəfərli və digər sərhəd kəndlərini intensiv atəşə tutub. Qazax Rayon İH-nin Cəfərli və Bala Cəfərli kənd icra nümayəndəsi Barat Vəliyevin APA TV-yə verdiyi xəbərə görə, ermənilərin şiddətli atəşinə daha çox Bala Cəfərli kəndi məruz qalıb. Düşmənin bu istiqamətdə iriçaplı silahlardan da istifadə etdiyi bildirilir. Kənddə bir neçə evin divarları və damları zədələnib.
Düşmən Azərbaycan ordusunun cavab atəşi ilə cəbhənin bütün istiqamətlərində susdurulub, itkilər barədə məlumat yoxdur. Hazırda cəbhənin bu Qazax və Tovuz istiqamətində nisbi sakitlik müşahidə edilib. Cəbhənin Ağdam-Ağdərə istiqamətində də nisbi sakitlik yaranıb.

DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib