Bank Of Baku

Azərbaycanda benzinin qiyməti bahalaşdı

# 10:31
6 avqust 2014

Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti artıb. “APA-Economics”in məlumatına görə, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.

Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə sahib olan şirkətlərdən verilən məlumata görə, qiymət artımı bu gündən etibarən baş verib.

“Lukoyl Azərbaycan” şirkətindən bildirilib ki, “Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır.

“Azpetrol” şirkətindən “APA-Economics”ə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir.

Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR