Ermənilər Ağstafada azyaşlı uşağı yaralayıblar
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini yaralanıb. Ağstafa rayon Mərkəzi Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Köhnə Qışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Qoşqar Teymur oğlu boyunun qəlpə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağstafa rayonu istiqamətində üzbəüz mövqeləri atəşə tutublar. 10 yaşlı Qoşqar Abbasov da bu zaman qəlpə yarası alıb.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib