Bank Of Baku

İŞİD Kərkükü bombaladı, 9 türkmən öldü, 45 türkmən yaralandı

# 18:30
8 avqust 2014

İŞİD terrorçuları yenidən Kərkükü bombalayıblar. APA TV-nin məlumatına görə, sığınacaqlara atılmış bomba nəticəsində 9 türkmən ölüb, 45 türkmən isə yaralanıb. Hücum sığınacaq yaxınlığındakı bomba yüklənmiş avtomobilin partlatmaqla həyata keçirilib. Hadisə ilə bağlı ətraf ərazilər və avtomobillərə də ciddi ziyan dəyib. Qeyd edək ki, terrorçu qruplaşmalar artıq Kərkük və Ərbil istiqamətində irəliləməyə başlayıblar. Kürd muxtariyyətinin rəhbəri Məsub Bərzani peşmərgələri İŞİD-ə layiqli cavab verməyə çağırıb. O bildirib ki, İŞİD-in qarşısından qaçacaq hər bir şəxs ciddi cəzalandırılacaq.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR