Azərbaycan Ordusu daha bir əsgərini itirib
Azərbaycan Ordusunda daha bir ölüm hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Seyran Eynulla oğlu Hənifəyev qəfildən dünyasını dəyişib. Əsgərin ölümünə kəskin ürək və tənəffüs çatışmazlığı səbəb olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya əsgərin ölüm faktını təsdiqləyiblər. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib