Prezidentlərinin görüşü ərəfəsində erməni təxribatı: bir şəhidimiz var
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir əsgəri şəhid olub, biri isə yaralanıb. APA TV-nin məlumatına görə, avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Ağsu rayonundan hərbi xidmətə çağırılmış, 1995-ci il təvəllüdlü Fətəlizadə Rüfət Nazim oğlu şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daha bir əsgər isə yaralanıb. Saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində 1993-cü il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən gülləsinə tuş gəlib. Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə edilib. Hazırda onun vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib