Bank Of Baku

Un kisəsindən silah-sursat çıxdı

# 16:08
11 avqust 2014

Şabran rayonu Taxtalar kəndi ərazisində silah-sursat tapılıb.

 

Bu barədə APA TV-nin şimal bürosuna Şabran rayon Polis Şöbəsinin rəisi Əli Mərdanov məlumat verib.

 

Onun sözlərinə görə, Şabran Dövlət Yol Polisinin rəisi Söhbət Talıbov ərazidən keçərkən un kisəsi görüb və bu barədə polisə bildirib.

 

Hadisə yerinə gələn Şabran RPŞ-nin əməkdaşları kisənin içindən bir ədəd AKS avtomatı və ona məxsus 3 daraq aşkarlayıblar. Kisədən həmçinin 157 güllə də tapılıb.

 

Hazırda Şabran polisi un kisəsinin kim tərəfindən bura atıldığını və tapılan avtomatın hər hansı bir cinayət işində istifadə olunub olunmadığını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR