Bank Of Baku

Qaxda avtobus gözləyən qadını maşın vurdu

# 09:46
1 sentyabr 2014

Qaxda 63 yaşlı qadını maşın vurub. APA TV-nin  məlumatına  görə, hadisə Qax şəhərinin Üzeyir Hacıbəyov və Natəvan küçələrinin kəsişməsində baş verib. Qax şəhər sakini 39 yaşlı Azər İbrahim oğlu Süleymanov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında avtobus gözləyən piyada, Qax rayonununun Ağçay kənd sakini 63 yaşlı Xədicəbəyim Məhəmməd qızı Seyidəliyevanə vurub. Qəza nəticəsində xəsarət alan Xədicəbəyim Seyidəliyeva Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan  APA TV-yə verilən məlumata görə, Xədicəbəyim Seyidəliyeva xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta ağır hesab olunur.

 

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb,  araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR