Bank Of Baku

Şotlandiya Böyük Britaniyadan ayrılır

# 10:08
9 sentyabr 2014

Şotlandiyada referendum öncəsi keçirilən sorğu seçicilərin əksəriyyətinin Şotlandiyanın müstəqilliyini dəstəklədiyini göstərib. APA TV-nin məlumatına görə, "YouGov" təşkilatının "Sunday Times" üçün apardığı sorğuya görə, Britaniya tərkibində qalmaq istəyənlər 49%, müstəqillik tərəfdarları isə 51% təşkil edib.

 

Nəticələr baş nazir Aleks Salmondun başçılıq etdiyi YES kampaniyası tərəfdarlarının sayının artdığını göstərir. Baş nazirin müavini Nikola Sturcono isə deyib ki, göstəricilər qeyri-adi dərəcədə müsbət və ruhlandırıcıdır. "Panelbase"in sorğusuna görə, qadınlar arasında müstəqillik tərəfdarlarının sayı rekord səviyyədə olub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR