Bank Of Baku

Meksikada təyyarə qəzası: 5 ölü

# 09:56
11 sentyabr 2014

Meksikanın Sinaloa ştatında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb. APA TV-nin məlumatına  görə, altı nəfərlik  “Cessna” tipli təyyarə Quasave şəhəri yaxınlığında yerə düşərək yanıb.

 

Yerli hüquq-mühafizə orqanı nümayəndələri sərnişinlərin şəxsiyyətlərinin müəyyən edilməsində problem yarana biləcəyini bildiriblər. Buna səbəb kimi cəsədlərin yanaraq tanınmaz hala düşməsi göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR