Bank Of Baku

“Müsəlman qardaşlar”ın dini liderinə ikinci ömürlük cəza verildi

# 09:52
16 sentyabr 2014

Misirdə “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Badiaya və təşkilatın daha 14 fəalına ikinci ömürlük cəza verilib. APA TV-nin məlumatına görə, onların hamısı ən azı 9 nəfərin ölümündə və zorakılığa təhrik etməkdə təqsirli bilinib.

 

Bundan əvvəl Badia Məhəmməd Mursinin devrilməsinə qarşı nümayişlərdə iştirak ittihamı ilə ölüm cəzasına məhkum edilmişdi, lakin sonra bu qərar ömürlük cəza ilə əvəzlənmişdi.

 

Ümumilikdə Badiaya qarşı 30-dan çox cinayət işi qaldırılıb. Xatırladaq ki, Misir “Müsəlman Qardaşları” hərəkatını terrorçu təşkilat elan edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR