Bank Of Baku

Ağcabədidə yaşayış evində partlayış baş verib

# 14:54
31 oktyabr 2014

Ağcabədidə yaşayış evində partlayış baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, partlayış rayonun Salmanbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evdə məişət qazının sızması nəticəsində partlayış olub. Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb. Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon  mərkəzi xəstəxanasına aparılıb.

 

Yanğın hadisəsi baş verməyib.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR