Bank Of Baku

Abşeronda axtarışda olan 4 nəfər tutuldu

# 15:48
31 oktyabr 2014

Abşeron rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Cinayət Məcəlləsinin dələduzluq və oğurluq maddələri ilə axtarışda olan 4 nəfəri saxlayıb. Bu şəxslər hadisəni törətdikdən sonra qaçıb gizləndikləri üçün barələrində axtarış elan edilib. Abşeron RPŞ-dan APA TV-yə verilən məlumata görə, Həmid Nəsirov vətəndaşların pullarını dələduzluq yolu ilə mənimsəməkdə, Müşfiq Şirinov, Zaur Əliyev və Rövşən Qarayev isə oğurluqda təqsirləndirilərək tutulublar. Onların barəsində cinayət işi başlayıb.

 

Abşeron RPŞ bu şəxsləri görüb tanıyanların, onların əməllərindən zərərçəkənlərin DİN-nin 102 xidmətinə və ya RPŞ -nin növbətçi hissəsinə məlumat verməsini xahiş edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR