Bank Of Baku

Əbülfəz Qarayev: "Ciddi kadr çatışmazlığı var"

# 10:29
1 noyabr 2014

"Yerlərdəki kadr çatışmazlığını aradan qaldırılması üçün Mədəniyyət və Turizm Nazirliyi respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bölgələrdə təkmilləşdirmə kursları təşkil edəcək". Bu fikirləri Ağdamda səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
Vətəndaşların qəbulu zamanı ən çox qaldırılan məsələ kadr çatışmazlığı ilə bağlı olub. Bölgələrdə muzeyşünaslıq işinin təşkilinə də ciddi diqqət yetiriləcəyinə toxunan Əbülfəz Qarayev bildirib ki, ilin sonunadək ölkədəki bütün tarix-diyarşünaslıq muzeylərinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya toplantısı çağırılacaq.

Nazir onu da bildirib ki, yaxın gələcəkdən etibarən bölgələrdə mədəni-kütləvi tədbirlərin, sərgilərin keçirilməsinə xüsusi diqqət yetiriləcək.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR