Bank Of Baku

Xaçmazda maşın məktəblini vurub öldürdü

# 17:25
5 noyabr 2014

Xaçmazda orta məktəb şagirdini maşın vuraraq öldürüb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz rayonu, Xudat şəhərində qeydə alınıb. Mirzə Fətəli Axundov adına küçəsində 30 yaşlı Saleh Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən 11 yaşlı Məhəmməd Nəbiyevi vurub. Piyada hadisə yerində ölüb.

 

Məhəmməd Nəbiyev orta məktəbin 6-cı sinif şagirdidir.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR