Bank Of Baku

Lənkəranda avtomobili oğurlamaq istəyənlərin cəhdləri baş tutmayıb

# 10:43
6 noyabr 2014

Lənkəranda minik avtomobilinin oğurlanmasına cəhd edilib. Maşının mühərrikini işə sala bilməyən şəxs və ya şəxslər onu hadisə yerindən 100 metr kənarda qoyaraq qaçıblar. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Hirkan qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini Rafiq Məmmədova “VAZ-21074” markalı avtombilini qonaq gəldiyi yaxın qohumlarından birinin qapısında saxlayaraq evə daxil olub. Bir müddətdən sonra evə qayıtmaq istəyən Rafiq avtomobilin saxladığı yerdə olmadığını görüb: "Maşını yolun qırağında saxlamışdım. Qapılar açıq idi. Şübhələndiyim var".

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verildikdən sonra hadisə yerinə dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Avtomobili qaçırmaq istəyən  şəxslərin tapılması istiqamətində axtarışalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR