Bank Of Baku

Hava dumanlı və çiskinli olacaq

# 15:02
12 noyabr 2014

Noyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-10 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq. Azərbaycanın rayonlarda isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 
 

Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR