Bank Of Baku

Samux sakini mübahisə etdiyi dostunu bıçaqlayıb

# 13:36
20 noyabr 2014

Samux rayonunda iki dostun mübahisəsi bıçaqlanma ilə nəticələnib. Hadisə noyabrın 19-da gecə saatlarında Samux rayonunun Alabaşlı qəsəbəsində baş verib. APA TV-nin xəbərinə görə, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məmməd  Ağayev şəxsi münasibətlər zəminində mübahisə etdiyi tanışı, 1981-ci il təvəllüdlü Eldəniz İsgəndərovu bıçaqlayıb. Eldəniz İsgəndərov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

 

Məmməd Ağayev hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb. Hadisə baş verən ərazi Alabaşlı Dəmiryolu Stansiyasına daxil olduğundan, fakt Gəncə şəhər Dəmir Yolu Nəqliyyatında Xətt Polisi şöbəsi tərəfindən araşdırılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR