Bank Of Baku

Oteldə qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi müəyyənləşib - YENİLƏNİB

# 10:51
21 noyabr 2014

Ötən gecə Bakıda moteldə qətlə yetirildiyi bildirilən qadının intihar etdiyi aşkarlanlıb. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirildiyi bildirilən Afaq Rafiq qızı Şükürovanın özünü asaraq intihar etdiyi məlum olub.

APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Binəqədi şossesindəki "Vulkan" otelində baş verib.

 

İlkin yayılan məlumatda bildirilirdi ki, otelə müştəri kimi gələn qadın və kişi arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadını bıçaqla qətlə yetirib. Hadisədən sonra otel bağlanıb, qətlin törədildiyi yerdə istintaq işlərinə başlanılıb. Hadisəni törədən şəxs isti izlərlə saxlanılıb.

 

Faktı Binəqədi Rayon Prokurorluğu araşdırır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR