Bank Of Baku

Qəbələdə mənzilə silahlı basqın olub, ev sahibi qətlə yetirilib

# 10:40
24 noyabr 2014

Qəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisə noyabrın 24-də saat 05.00 radələrində Qəbələ şəhər, Mirzə Ələkbər Sabir küçəsində törədilib. Həmin küçədə 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabov özünə məxsus mənzildə qətlə yetirilib. O, naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb.

 

Hazırda qətlin səbəbi və hadisəsni törədənlərin tapılması istiqamətində araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR