Bank Of Baku

"Vulkan"da intihar etdiyi bildirilən qadının öldürüldüyü məlum olub

# 16:09
24 noyabr 2014

Noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

 

APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onu boğma yolu ilə qətlə yetirmiş qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Xatırladaq ki, ilkin məlumatlarda qadının qətlə yetirildiyi bildirilsə də, sonradan onun intihar etdiyi xəbəri yayıldı. Aparılan araşdırmalarla qadının öldürüldüyü müəyyənləşib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR