Zaqatalada iki uşaq anası dəm qazından boğuldu
Zaqatalada 2 uşaq anası dəm qazından boğularaq ölüb. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, hadisə rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Könül Qudiyevanın yaşadığı evin hamamında meyiti aşkar edilib. Zaqatala RMX-nın Təcilli Yardım Şöbəsindən bildiriblər ki, 2 övlad anası olan 35 yaşlı Könül Qudiyevanın dəm qazından boğularaq öldüyü ehtimal edilir. Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı