Bank Of Baku

Bakıda daha bir yol təmirə bağlandı

# 11:20
1 dekabr 2014

Badamdar şossesinin Abbasqulu Abbaszadə küçəsi ilə kəsişməsindən Badamdar dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA TV-yə verilən məlumata görə, yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil edilib. Təmir işlərinin 6 günə yekunlaşdırılması planlaşdırılır.

 

Verilən digər məlumata görə, Moskva prospektində 20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR