Xəzərdə zəlzələ olub
Xəzər dənizində zəlzələ baş verib. APA TV-nin Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ dekabrın 1-i saat 20:29-da qeydə alınıb. 40 km dərinlikdə, 3.2 maqnitudada baş verən zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli APA TV-yə açıqlamasında demişdi ki, bundan əvvəl Xəzər dənizində qeydə alınan üç ardıcıl zəlzələ aktiv ocaqlarda baş verib.
Onun sözlərinə görə, Xəzərin cənubunda baş verən zəlzələlər elə də güclü deyil. Q. Yetirmişli bildirib ki, bundan sonra da həmin ərazidə zəlzələlər baş verə bilər.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı