Gəncədə 31 yaşlı piyadanı maşın vurub öldürdü
Gəncə şəhərində avtomobil yolu ilə hərəkət edən piyadanı maşın vurub. Şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə ötən gecə saat 22.00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydiyyata alınıb. Şəhər sakini, 30 yaşlı Mahmud Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə prospektdə yolun hərəkət hissəsi ilə gedən 31 yaşlı Səbuhi Seyidovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı