Baş Prokurorluğun idarə rəisi işdən azad edilib
Baş Prokurorluğun idarə rəisi təqaüdə göndərilib. APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ruslan Hacıyev prokurorluda qulluqda olmasının yaş həddinə çatdığına görə prokurorluq orqanlarından xaric edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı