Misirdə 188 nəfər ölüm cəzasına məhkum edilib
Misir məhkəməsi 13 polisin ölümünə görə 188 nəfəri ölüm cəzasına məhkum edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, təqsirləndirilən şəxslər keçmiş prezident Məhəmməd Mursini dəstəkləyiblər. Onların oturaq aksiyasını dağıdarkən baş vermiş toqquşmada 13 polis əməkdaşı həlak olub.
Məhəmməd Mursi 2013-cü ildə devrildikdən sonra polislə toqquşmalarda bu vaxtadək onun 1400-dək tərəfdarı öldürülüb. Bir neçə yüz nəfər məhkəmələr tərəfindən ölüm cəzasına məhkum olunub.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı