Ermənilər mövqelərimizi atəş altında saxlayır
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub. APA TV-nin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutub. Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Fizuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
DİGƏR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı