Cəlilabadda "Mercedes" mikroavtobusla toqquşdu: 6 yaralı
Cəlilabad rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələn ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə səhər saatlarında Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Elvar Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə “Mercedes”də olan dörd, “Ford”un isə iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılardan Lerik rayon sakini Etibar Qəriblinin vəziyyətinin ağır olduğu bildirilir. İlkin versiya kimi qəzanın “Ford” markalı sərnişin mikroavtobusunun yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib