Senat Komitəsi Robert Sekutanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiqləyib
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib. Prezident Barak Obamanın namizəd göstərdiyi Robert Sekuta (Robert Francis Cekuta) komitədə keçirilən səsvermədə ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təsdiq olunub. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Facebook” səfhəsində məlumat verilib.
R. Sekuta Dövlət Departamentinin Enerji Resursları Bürosunda baş köməkçi müavini vəzifəsində çalışıb. Onun xaricdə diplomatik xidmət təcrübəsi də var. R. Sekuta 2007-2009 illər arasında Tokioda, 2003-2007-ci illər arasında isə Berlində fəaliyyət göstərib.
Səfir Corctaun Universitetinin məzunudur.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib