Küləkli hava bir neçə gün davam edəcək
Bakıda müşahidə olunan küləkli hava şəraiti dekabrın 11-nə qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, dekabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 9-da gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub bölgəsində az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə, dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib