İmişlidə qum karxanası yanıb
İmişlidə yanğın baş verib. Hadisə rayonun Çahar kəndi ərazisində, Araz çayının sahilində yerləşən qum karxanasında qeydə alınıb. APA TV-nin xəbərinə görə, Namiq Xankişiyevə məxsus karxanada işçilər üçün nəzərdə tutulan vaqon tipli yeməkxanada yanğın başlayıb. Alov qısa müddətdə güclənib. Hadisə zamanı yeməkxana üçün nəzərdə tutulan vaqon yanar konstruksiyaları ilə birgə yanaraq sıradan çıxıb. Dərhal əraziyə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. Alovun yaxınlıqda yerləşən maşın mexanizm və texniki avadanlıq, eyni zamanda digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib