TQDK sədri Sabirabadda vətəndaşları qəbul edib
TQDK-nın sədri Məleykə Abbaszadə Sabirabad şəhərində vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə Heydər Əliyev mərkəzində Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarından və Şirvan şəhərlərindən olan sakinlər və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb. TQDK sədrinə müraciətlər əsasən, attestasiyalardan, test imtahanları zamanı keçid ballarından və sair sosial problemlərlə bağlı olub. Bir sıra məsələlər operativ şəkildə həll edilib, digər müraciətlər qanunvericiliyə müvafiq qaydada araşdırılması üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb.
DİGƏR XƏBƏRLƏR
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib