Bank Of Baku

Zərifə Əliyeva adına liseyə yeni direktor təyin olunub

# 16:46
9 dekabr 2014

Akademik Zərifə Əliyeva adına liseyə yeni direktor təyin olunub. Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, liseyin yeni direktoru Mehriban Vəliyevadır. O, liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, filologiya üzrə fəlsəfə doktorudur.

 

M. Vəliyeva Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə ekspert kimi əməkdaşlıq edir. O, “Ən yaxşı müəllim” müsabiqəsinin və “İlin ən yaxşı pedaqoji mühazirəsi” müsabiqəsinin qalibi olub. Bir sıra dərslik, dərs vəsaitləri və məqalələr müəllifidir.

 

Qeyd edək ki, bir neçə gün öncə təhsil nazirinin əmri ilə akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR